Bank Of Baku

Mahmud Abbas HƏMAS-ın liderləri ilə danışıqlar aparıb

Mahmud Abbas HƏMAS-ın liderləri ilə danışıqlar aparıb
# 27 mart 2011 03:14 (UTC +04:00)
Bakı-APA. Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ın liderləri ilə son bir ildə ilk dəfə olaraq birbaşa danışıqlar aparıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, görüş İordan çayının Qərb sahilindəki Ramallah şəhərində baş tutub. Abbas bildirib ki, fələstinlilər müstəqil dövlətlərini Fətahla HƏMAS arasında barışıq əldə edilmədən qura bilməyəcək. Mahmud Abbas deyib ki, Qəzzaya səfər edib, iki partiya arasındakı parçalanmaya son qoymaq istəyir. Bu arada İsrail rəsmiləri Fələstin yaraqlılarının İsrailin cənub bölgəsini raket atəşinə tutduğunu bildirib. Hücum nəticəsində bir ev dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR