Bank Of Baku

Yaponiyanın baş naziri: «Qəzalı AES-də vəziyyət qeyri-müəyyəndir»

Yaponiyanın baş naziri: «Qəzalı AES-də vəziyyət qeyri-müəyyəndir»
# 29 mart 2011 03:53 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın baş naziri Naoto Kan hesab edir ki, qəzalı «Fukusima-1» AES-də vəziyyət qeyri-müəyyən olaraq qalır. O bu barədə parlamentin yuxarı palatasının büdcə komissiyasında bəyan edib.

«Qeyri-müəyyən vəziyyət davam edir. Biz bununla maksimal qüvvəylə məşğul olacağıq», deyə Kan bildirib.

Tokiodan 240 km şimalda yerləşən «Fukusima-1» AES-də işlər ikinci enerji blokunun zirzəmi dizel zalında yığılmış suda olan radiasiyanın yüksək miqdarına görə ləngiyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR