Bank Of Baku

Yəməndəki silah zavodunda baş vermiş partlayışda ölənlərin sayı 150-yə çatıb

Yəməndəki silah zavodunda baş vermiş partlayışda ölənlərin sayı 150-yə çatıb
# 29 mart 2011 11:16 (UTC +04:00)
Bakı – APA. Yəmənin Caar şəhərindəki silah zavodunda baş vermiş partlayışda ölənlərin sayı 150-yə çatıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı azı 89 nəfər yaralanıb.

Qeyd edək ki, “Kalaşnikov” avtomatları üçün sursatın istehsal olunduğu zavodda partlayış martın 28-də baş verib. Partlayışdan sonra müəssisədə yanğın başlayıb. İnsidentə söndürülməmiş siqaretin səbəb ola biləcəyi bildirilir. Hadisə zamanı içəridə xeyli yerli sakin olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR