Bank Of Baku

Əfqanıstandakı BMT missiyasına hücumu təşkil etmiş şəxs həbs olunub

Əfqanıstandakı BMT missiyasına hücumu təşkil etmiş şəxs həbs olunub
# 02 aprel 2011 02:52 (UTC +04:00)
Bakı-APA. Əfqan polisi Məzari-Şərif şəhərində təşkil olunmuş və ən azı 8 nəfərin ölümü ilə nəticələnmiş hücumun təşkilində şübhəli bilinən şəxsi həbs edib. Bu barədə Bəlx əyalətinin polis idarəsi rəisinin müavini Rəvof Tac məlumat verib.

Şübhəli şəxs Məzari-Şərifdən təxminən 400 km məsafədə olan Kapisa əyalətinin sakinidir.

Xatırladaq ki, dünən Əfqanıstanın Məzari-Şərif və digər şəhərlərində amerikalı keşiş Ueyn Sappın Quranı yandırmasına qarşı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçılarının bir qrupu BMT missiyasına hücum edərək oranın əməkdaşlarını qətlə yetiriblər.

BMT missiyasına hücum nəticəsində ən azı 8 nəfər həlak olub. Öldürülənlərdən ikisinin başı kəsilib. Həlak olanlar arasında Norveç, Rumıniya və İsveç vətəndaşları var. Daha 10 nəfər isə xəsarət alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR