Bank Of Baku

Yaponlar okeana axan radioaktiv suyun mənbəyini tapıblar

Yaponlar okeana axan radioaktiv suyun mənbəyini tapıblar
# 03 aprel 2011 01:14 (UTC +04:00)
Bakı-APA. Nüvə təhlükəsizliyi üzrə Yaponiya dövlətinin nümayəndələri zədələnmiş nüvə stansiyasında yenicə aşkar edilmiş çatdan okeana radioaktiv suyun axdığını müəyyən ediblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hökumət nümayəndəsi Hidehiko Nişiyama jurnalistlərə bildirib ki, radiasiyalı su Fukuşima nüvə stansiyasının divarından Sakit Okeana 20 santimetrlik çatdan axır. O, bu növ başqa çatların mövcud ola biləcəyini deyib və əlavə edib ki, “biz onları mümkün qədər tez tapmalıyıq.”

Tokio Elektrik Enerjisi Şirkəti çatı qapatmaq üçün çalaya beton tökməyə başlayıb.

Bir gün öncə Yaponiya baş naziri Naoto Kan ilk dəfə olaraq sunaminin darmadağın etdiyi bölgəyə gəlib. Sunaminin viran qoyduğu Rikuzentakata şəhərində Kan şəhərin meri ilə görüşüb. Merin həyat yoldaşı sunaminin qurbanı olub və hələ də itkindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR