Bank Of Baku

Yəmən polisi nümayişçilərə atəş açıb, 1200-dən artıq insan yaralanıb

Yəmən polisi nümayişçilərə atəş açıb, 1200-dən artıq insan yaralanıb
# 04 aprel 2011 07:30 (UTC +04:00)
Bakı-APA. Yəmənin cənubundakı Taiz şəhərində hökumət əleyhinə aksiyanın dağıdılması zamanı 1200 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, şahidlər və tibb işçiləri Yəmən polisinin nümayiş iştirakçılarına atəş açdığını bildiriblər. Aksiyanın dağıdılması zamanı gözyaşardıcı qazdan və döyüş güllələrindən istifadə olunub. Yerli hakimiyyət orqanları isə aksiyanın dağıdılması zamanı 8 polis işçisinin xəsarət aldığını bildirir.

Hüquq müdafiə təşkilatları yanvar ayından başlayan hökumət əleyhinə aksiyalarda ölənlərin sayının 95 nəfəri keçdiyini bildirir. Ölkənin müxtəlif şəhərlərində prezident Salehin istefası tələbi ilə aksiyalar davam edir. Artıq bəzi ordu hissələri xalqın tərəfinə keçdiyini açıqlayıb. Martın 23-də Yəməndə fövqəladə vəziyyət elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR