Bank Of Baku

Suriya prezidenti yeni hökumət formalaşdırmağı sabiq kənd təsərrüfatı nazirinə həvalə edib

Suriya prezidenti yeni hökumət formalaşdırmağı sabiq kənd təsərrüfatı nazirinə həvalə edib
# 04 aprel 2011 12:13 (UTC +04:00)
Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd yeni hökumət formalaşdırmağı sabiq kənd təsərrüfatı naziri Ədil Səfərə tapşırıb. APA-nın məlumatına görə, martın 29-da istefaya göndərilən hökumət 2003-cü ildən fəaliyyət göstərirdi. Ölkədə kütləvi aksiyalar başladıqdan sonra prezident hökuməti istefaya göndərmək barədə qərar qəbul edib.

Dünən Dəməşq yaxınlığında yeni kütləvi aksiyalar başlayıb. Aksiyalarda minlərlə suriyalı iştirak edib. Hökumət qoşunları ilə toqquşmalarda öldürülən 8 nəfərin dəfn mərasimindən sonra küçələrə çıxan insanlar prezidentin istefasını tələb ediblər. Müxalifət mənbələri ümumilikdə son iki həftə ərzində keçirilən nümayişlərdə 60-dan artıq insanın öldürüldüyünü bildirir. Rəsmi mənbələr isə bu rəqəmin iki dəfə az olduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR