Bank Of Baku

İraqda ABŞ əleyhinə kütləvi nümayişlər keçiriləcək

İraqda ABŞ əleyhinə kütləvi nümayişlər keçiriləcək
# 09 aprel 2011 00:16 (UTC +04:00)
Bakı-APA. Bu gün İraqda Bağdadın koalisiya qüvvələrinin əlinə keçməsinin 8-ci ildönümü ilə bağlı kütləvi antiamerika nümayişləri keçiriləcək.

«Etiraz aksiyaları ABŞ işğal qoşunlarının baza və düşərgələrinin mövcud olduğu yerlərdə, həmçinin İraq şəhərlərinin mərkəzi meydanlarında keçiriləcək», deyə şiə «Əs-Sədr hərəkatı»nın rəhbərlərindən biri Saleh əl-Übeydi bəyan edib.

Nümayişlər «İraqa hə! Amerikaya yox!», «İşğalçılar, İraqdan rədd olun!» şüarları altında keçiriləcək.

Bir sıra İraq tayfaları və «İraq xilası uğrunda xalq cəbhəsi» də aksiyaya qoşulacaqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR