Bank Of Baku

Yəməndə silahlılar 20 hərbçini qətlə yetiriblər

Yəməndə silahlılar 20 hərbçini qətlə yetiriblər
# 23 aprel 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Yəmən ordusunun 20 hərbçisi silahlılar tərəfindən qətlə yetiriliblər. Bu barədə ölkənin müdafiə nazirliyindən məlumat veriblər.

Məlumata görə, ölkənin şərqində «Əl-Kaidə» silahlıları Mareb şəhəri ətrafında pusqu quraraq hərbi patrula hücum ediblər. Nəticədə 11 hərbçi qətlə yetirilib.

Marebdən şimalda ordu və tayfalardan biri arasında döyüş baş verib. İki hərbçi həlak olub, ikisi isə yaralanıb, 30 hərbçi əsir düşüb.

Yəmənin cənubunda başqa bir tayfa ilə döyüşdə 6 hərbçi öldürülüb. Zincibar şəhərində naməlum şəxslər əsgəri güllələyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR