Bank Of Baku

Yəməndə kütləvi etiraz aksiyaları iştirakçıları nümayişləri dayandırmaq niyyətində deyillər

Yəməndə kütləvi etiraz aksiyaları iştirakçıları nümayişləri dayandırmaq niyyətində deyillər
# 24 aprel 2011 04:21 (UTC +04:00)
Bakı-APA. Yəməndə kütləvi etiraz aksiyaları iştirakçıları bəyan ediblər ki, nümayişləri dayandırmaq niyyətində deyillər.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, aksiya fəalları bildiriblər ki, öz liderlərinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının Yəməndəki siyasi böhranın həll olunmasına dair irəli sürdüyü təşəbbüsə prinsipial razılıq verməsi onlarda təəccüb doğurub. Onlar prezident Əli Abdullah Saleh istefaya gedənə kimi etiraz aksiyaları keçiriləcəyi bildiriblər.
Xatırladaq ki, Yemən prezidenti Əli Abdullah Saleh Ərəb Ölkələri Əməkdaşlıq Şurasının təklifini qəbul edərək 30 gün ərzində öz vəzifəsindən getməyə razılıq verib.
Əməkdaşlıq Şurasının təklif edib ki, Əli Abdullah Saleh məsuliyyətə cəlb olunmaqdan azad olma şərti ilə hakimiyyəti öz müavininə versin.
Yəmən dövlət televiziyası bildirib ki, Əli Abdullah Saleh müəyyən istisnalarla vasitəçilərin təklifini qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR