Bank Of Baku

Kabil aeroportunda baş verən atışmada 6 NATO əsgəri öldürülüb

Kabil aeroportunda baş verən atışmada 6 NATO əsgəri öldürülüb
# 27 aprel 2011 14:32 (UTC +04:00)
Bakı-APA. Altı NATO əsgəri Kabil aeroportunda baş verən atışmanın qurbanı olub. APA-nın məlumatına görə, bu barədə İSAF rəhbərliyi məlumat yayıb. Əfqan general Məhəmməd Zahir Əzimi bildirib ki, ilk atəşi NATO əsgərləri ilə mübahisə edən Əfqanıstan Hərbi Hava Qüvvələrinin zabiti açıb. Atışma zamanı 50 yaşlı əfqan pilot Əməd Gülün də öldüyü bildirilir. Hadisədən dərhal sonra bəyanat yayan “Taliban” rəhbərliyi baş verən insidentə görə məsuliyyəti öz üzərinə götürüb. “Taliban”ın yaydığı bəyanatda bildirilir ki, atəş açan şəxs pilot geyimində aeroporta daxil olan mücahid olub. Onun açdığı atəş nəticəsində 9 NATO əsgəri və 5 əfqan hərbçisi ölüb. Əfqanıstan hakimiyyəti isə hələlik baş verənləri terror aktı kimi dəyərləndirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR