Bank Of Baku

ABŞ Əmir Mirzəyi Hikmətinin İranda edam cəzasına məhkum edilməsini pisləyib

ABŞ Əmir Mirzəyi Hikmətinin İranda edam cəzasına məhkum edilməsini pisləyib
# 10 yanvar 2012 09:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ hökuməti ölkə vətəndaşı Əmir Mirzəyi Hikmətinin İranda Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilməsini kəskin şəkildə pisləyib. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland bildirib ki, məsələ ilə bağlı rəsmi Vaşinqtonun İranda mənafeyini qoruyan İsveçrə səfirliyi ilə əlaqə saxlanılıb: “İranın Əmir Mirzəyi Hikmətinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməsi və bu təşkilat tərəfindən ora göndərilməsi iddiası doğru deyil. İran hökuməti zor gücünə şəxslərdən və ABŞ vətəndaşlarından etiraf alaraq onları casusluqda günahlandırır”.

ABŞ Dövlət Departamentinin nümayəndəsi İran hökumətindən İsveçrə səfirliyində Əmir Mirzəyi Hikməti və onun vəkilləri ilə görüşmələrinə icazə verməsini və onun tezliklə azadlığa buraxılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR