Bank Of Baku

İran: Fordoda uranın zənginləşdirilməsi beynəlxalq agentliyin nəzarəti altında həyata keçirilir

İran: Fordoda uranın zənginləşdirilməsi beynəlxalq agentliyin nəzarəti altında həyata keçirilir
# 10 yanvar 2012 10:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fordo nüvə stansiyasında işlər iki ildir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır. APA-nın məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əli Əsgər Sultaniyə “Press TV” kanalına açıqlamasında deyib. O bildirib ki, təkcə Fordoda deyil, İranın bütün nüvə stansiyalarında işlər beynəlxalq agentliyin nəzarəti altında aparılır: “Fordoda uranın 20 faiz zənginləşdirilməsi işləri beynəlxalq qanunlara zidd deyil”.

Qeyd edək ki, beynəlxalq agentlik bəyanat yayaraq İranın Qum şəhəri yaxınlığında dağın içərisində yerləşən Fordo nüvə stansiyasında uranın zənginləşdirilməsinə yenidən başlandığını açıqlayıb. Məsələ ilə bağlı BMT, ABŞ və Fransa İrana xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR