Bank Of Baku

General Kərimian: “İran PKK-PJAK terror qruplaşmasından tamamilə təmizlənib”

General Kərimian: “İran PKK-PJAK terror qruplaşmasından tamamilə təmizlənib”
# 10 yanvar 2012 12:27 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. İranın qərbi və şimal-qərbi PKK-PJAK terror qruplaşmasından tamamilə təmizlənib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu iranlı general Əsgər Kərimian deyib. Ə. Kərimian bildirib ki, keçən ilin aprel ayında PKK-PJAK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib: “Terrorçular yerli xalqın sadəlövhlüyündən istifadə edib 2500 döyüşçü toplayaraq saylarını 8500-ə çatdırmışdılar, lakin bununla belə nə İranda, nə Türkiyədə, nə də Şimali İraqda müvəffəqiyyət qazana bilmədilər”.

Üç ay davam edən əməliyyatlar nəticəsində bölgəni PKK-PJAK ünsürlərindən tamamilə təmizlədiklərini söyləyən general, heç bir uğur qazana bilməyən terrorçuların son anda İran ordusuna təslim olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR