Bank Of Baku

Çin xarici işlər nazirinin müavini: “ABŞ-ın İran neftinə sanksiya tətbiq etməsi düzgün deyil”

Çin xarici işlər nazirinin müavini: “ABŞ-ın İran neftinə sanksiya tətbiq etməsi düzgün deyil”
# 10 yanvar 2012 13:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Çin hökuməti ABŞ-ın İran neftinə tətbiq edəcəyi sanksiyaları rədd edib və bu məsələnin Tehranın nüvə proqramı ilə heç bir əlaqəsi olmadığını bildirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Çinin xarici işlər nazirinin müavini deyib. O bildirib ki, rəsmi Pekin mahiyyətləri fərqli olan mövzuların bir-biri ilə qarışdırılmasına qarşıdır: “İranın nüvə proqramının ticarətlə heç bir əlaqəsi yoxdur. Çin hökuməti nüvə silahlarının yayılmasının qarşısının alınmasını dəstəkləyir. Ancaq biz İranın dinc məqsədlərlə nüvə enerjisindən faydalanma haqqına sahib olduğunu da düşünürük”.

Qeyd edək ki, bu bəyanat ABŞ maliyyə nazirinin Çində səfərdə olduğu vaxt verilib.

“Bloomberg” xəbər saytı bu səfərin Çin hökumətini İrana tətbiq olunacaq yeni sanksiyalar və bu ölkədən neft idxalatını dayandırmağa razı salmaq üçün gerçəkləşdirildiyini yazıb. Çin İran neftinin əsas alıcılarındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR