Bank Of Baku

2011-ci ildə İranda insan haqlarının 1 milyon 120 min dəfə pozulması faktı qeydə alınıb, 529 nəfər edam olunub

2011-ci ildə İranda insan haqlarının 1 milyon 120 min dəfə pozulması faktı qeydə alınıb, 529 nəfər edam olunub
# 11 yanvar 2012 06:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İran İnsan Haqları Fəalları (HRANA) təşkilatı bəyanat yayıb. Təşkilat ötən il ərzində İranda 529 məhbusun edam edildiyini, 597 siyasi fəalın məhkəmə qərarı ilə azadlıqdan məhrum olunduğunu, 4615 vətəndaşın isə müvəqqəti həbs edildiyini açıqlayıb.

Bəyanatda edam edilənlərdən 323 nəfərinin kişi, 6-nın qadın olduğunun dəqiqləşdirildiyi, qalanlarının cinsiyyəti barədə məlum əldə etməyin mümkün olmadığı bildirilir. Edam edilənlərdən 76 faizi narkotik maddələrin alğı-satqısı və istifadəsində, 11 faizi təcavüzdə, 5 faizi isə adam öldürməkdə təqsirləndirilib.

Ölüm hökmlərinin 13 faizi Tehranda, 12 faizi Qərbi Azərbaycanda, 10 faizi isə Xorasanda icra edilib.

Edam cəzasına məhkum edilənlərdən 61 nəfəri isə əfv olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR