Bank Of Baku

İtaliya İranın uranı zənginləşdirməsindən narahatlığını bildirib

İtaliya İranın uranı zənginləşdirməsindən narahatlığını bildirib
# 11 yanvar 2012 17:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İtaliya İranın Qum şəhəri yaxınlığında dağın içərisində yerləşən Fordo nüvə stansiyasında uran zənginləşdirilməsi prosesinə başlamasından narahat olduğunu bildirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İtaliya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maurisio Massari deyib ki, rəsmi Tehranın bu addımı qınanılmalıdır: “Təəssüf ki, İran BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qərarlarını icra etmək istəmir. Ona görə də bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsindən başqa yol yoxdur. Ancaq bunun üçün ilk növbədə İranın nüvə proqramının davam etdirilməsinə ehtiyac duyduğu şeylərə sanksiya tətbiq etmək vacibdir”. Onun sözlərinə görə, İran beynəlxalq ictimaiyyətin verdiyi təklifləri qəbul etməkdən davamlı olaraq qaçır: “Bu baxımdan İtaliya İrana qarşı sanksiyaların artırılmasının tərəfdarıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR