Bank Of Baku

Yaxın günlərdə AEBA-ın müfəttişləri İrana gedəcək

Yaxın günlərdə AEBA-ın müfəttişləri İrana gedəcək
# 11 yanvar 2012 22:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yaxın günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri İrana səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, xəbərdə qurumun müfəttişlərinin İranın nüvə proqramı, xüsusilə yaxın günlərdə işə düşəcəyi açıqlanan Qum şəhəri yaxınlığında dağın içərisində yerləşən Fordo nüvə obyektinin uranın zənginləşdirilməsi prosesinə başlanması ilə əlaqədar təftiş aparacaqları bildirilir.lakin AEBA müfəttişlərinin İrana nə vaxt gedəcəyi tarixi açıqlanmayıb.
Qeyd edək ki, beynəlxalq agentlik bəyanat yayaraq İranın Fordo nüvə obyektinin uranın zənginləşdirilməsinə yenidən başlandığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR