Bank Of Baku

Britaniyanın xarici işlər naziri: “Avropa Birliyi İrana qarşı sanksiyaları sərtləşdirməlidir”

Britaniyanın xarici işlər naziri: “Avropa Birliyi İrana qarşı sanksiyaları sərtləşdirməlidir”
# 16 yanvar 2012 15:55 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o deyib ki, AB-yə üzv dövlətlər İranın mübahisəli nüvə proqramının həlli üçün hər bir şeyi nəzərə almalıdırlar. Uilyam Heyq AB ölkələrinin İrandan neft idxalına sanksiya tətbiq edilməsi məsələsində ortaq məxrəcə gəldiyini, ancaq embarqonun nə vaxt həyata keçiriləcəyi ilə bağlı hələlik razılıq əldə olunmadığını söyləyib: “Mən Avropa Birliyinin gələn həftə Brüsseldə keçiriləcək toplantısında İranın neft və digər sahələrinə qarşı daha geniş sanksiya qərarı alınacağına inanıram. Biz İranın təhdidlərinə görə sanksiya qərarından vaz keçməməliyik. İranın nüvə proqramı fəaliyyətlərinin hərbi xarakter alması təhlükəsi getdikcə artır”.

Böyük Britaniyanın xarici işlər naziri həmçinin İrana hərbi müdaxilənin tərəfdarı olmadıqlarını, ancaq bu ölkənin mübahisəli nüvə proqramının həlli üçün hər bir seçimi düşündüklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR