Bank Of Baku

Pakistanın baş naziri istefa verməyə hazır olduğunu bəyan edib

Pakistanın baş naziri istefa verməyə hazır olduğunu bəyan edib
# 16 yanvar 2012 16:59 (UTC +04:00)
Bakı-APA. Pakistanın baş naziri Yusif Rza Gilani ölkədə stabilliyin qorunması naminə istefa verməyə hazır olduğunu bəyan edib. APA-nın məlumatına görə, baş nazir bu bəyanatı prezident Asif Əli Zərdari ilə görüş zamanı verib. Görüşdə baş nazir və prezidentdən başqa hökumət üzvləri, hakim partiyanın və müxalifət partiyalarının parlament fraksiyalarının rəhbərləri də iştirak ediblər. Müxalifət nümayəndələri ölkədə demokratiyanın qorunmasının zəruriliyi barədə birgə bəyanata imza atmağa razılıq veriblər, lakin onlar həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Bundan başqa baş nazir dövlət rəsmilərinin korrupsiyada iştirakına dair keçirilən məhkəmədə iştiraka da razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR