Bank Of Baku

İran dövləti nüvə alimlərinin mühafizəsini gücləndirəcək

İran dövləti nüvə alimlərinin mühafizəsini gücləndirəcək
# 17 yanvar 2012 14:12 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “İran dövləti nüvə proqramı sahəsində çalışan alimlərin mühafizəsini gücləndirəcək”. APA-nın “İSNA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi deyib.

M. R. Rəhimi bildirib ki, hökumət və təhlükəsizlik qüvvələri bu insanları mümkün hücumlardan qorumaq üçün bütün zəruri tədbirləri görəcək: “Hegemon dövlətlər terror metodları ilə İranın elmi tərəqqisinin qarşısını ala bilməyəcəklər”.

Qeyd edək ki, yanvarın 11-də İran nüvə fiziki Mustafa Əhmədi Rövşən avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR