Bank Of Baku

Sadiq Laricani: İranın nüvə alimini qətlə yetirənləri edam gözləyir

Sadiq Laricani: İranın nüvə alimini qətlə yetirənləri edam gözləyir
# 18 yanvar 2012 17:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə alimi Mustafa Əhmədi Rövşənin həyatına sui-qəsd edənləri edam cəzası gözləyir”. APA-nın məlumatına görə, belə bir bəyanatla İranın Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani çıxış edib. Onun sözlərinə görə, belə bir terror aktını törədənlərə yüngül cəzanın verilməsi mümkün deyil: “Bu cinayəti işləmək üçün qandırılmış şəxslər və ya qrup üzvləri aşkarlanacağı təqdirdə heç şübhəsiz edam olunacaqlar. Belə bir addımın bağışlanılması mümkün deyil. Ona görə də İran təhlükəsizlik qüvvələrinin tezliklə terrorçuları tutaraq ədalət məhkəməsinə təslim etmələrini istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR