Bank Of Baku

İran hökuməti aktrisanın vətəninə dönməsini yasaqlayıb

İran hökuməti aktrisanın vətəninə dönməsini yasaqlayıb
# 19 yanvar 2012 11:21 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirliyin xəbərdarlığında “İranın sizin kimi aktyor və aktrisalara ehtiyacı yoxdur, gedin sənətinizi başqa yerlərdə davam etdirin”, - deyə bildirilib.

Qeyd edək ki, 2007-ci ildə amerikalı tanınmış aktyor Leonardo Di Kaprio ilə çəkildiyi “Body of Lies” filmində başını örtmədiyi üçün İran hökumətinin təzyiqləri ilə üzləşən aktrisa Gülşiftə Fərahani Fransanın maqazin jurnalı “Madame Le Figaro”da çılpaq şəkillərini dərc etdirdiyi üçün ölkəsində arzuolunmaz şəxs elan olunub.
Gülşiftə Fərahani isə çılpaq şəkillərinin nümayiş olunmasından sonra sosial şəbəkələrdə İran və Yaxın Şərq ölkələrindən çoxlu sayda mesaj aldığını, həmin mesajları göndərənlərin bir qisminin qadağalara etiraz etdiyi üçün ona heyranlıqlarını ifadə etdiklərini bildirib.

Xatırladaq ki, Gülşiftə Fərahani İran hökumətinin kino sektoruna tətbiq etdiyi təzyiqlərə etiraz olaraq ötən il ölkəsini tərk edərək Fransaya köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR