Bank Of Baku

İranlı deputat: “ABŞ İranla bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır”

İranlı deputat: “ABŞ İranla bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır”
# 20 yanvar 2012 16:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın nüvə proqramı dinc məqsəd daşıdığından bu məsələ heç cür müzakirə mövzusu ola bilməz”. APA-nın məlumatına görə, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Əhmədi Biqəş deyib. O bildirib ki, İranın bütün nüvə obyektlərində işlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır: “İran nüvə dövlətinə çevrilmir. Sadəcə, beynəlxalq qaydalara uyğun olaraq öz təbii hüququndan istifadə edir. Ona görə də “altılıq”la görüşdə İranın nüvə dövlətinə çevrilməsi məsələsi müzakirə olunmayacaq. Bu görüş hər iki tərəfin ortaq məxrəcə gəlməsi, təklif paketləri irəli sürülməsi və qarşılıqlı əməkdaşlıq üçündür”.

M. Biqəş ABŞ prezidenti Barak Obamanın İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə göndərdiyi məktuba da toxunaraq onu “məxmər əlcək” içərisindəki dəmir pəncəyə bənzədib: “Hörmüz boğazı İran ərazisinin bir parçasıdır. Ona görə də boğazın açıq qalması və ya bağlanması İranın öz işidir. ABŞ-ın bu məsələdəki mövqeyi sadəcə gülüncdür. ABŞ bir tərəfdən pilotsuz casus təyyarələri göndərərək İranın hava məkanını pozur, iranlı nüvə alimlərinə qarşı terror aktı həyata keçirir, digər tərəfdən də ikili müzakirələrə hazır olduğu barədə məktub göndərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR