Bank Of Baku

İran: “Biz ABŞ-ı ayağımızın altına alarıq”

İran: “Biz ABŞ-ı ayağımızın altına alarıq”
# 21 yanvar 2012 21:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Biz ABŞ-ı ayağımızın altına alarıq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir sərt cümlə İranın ələ keçirdiyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” pilotsuz casus təyyarəsinin maketi üzərinə yazılacaq və Ağ Evə, prezident Barak Obamaya göndəriləcək.
Qeyd edək ki, plastik maddədən düzəldilmiş müxtəlif rənglərdə istehsal edilən və əslinin 1/80-i qədər olan oyuncağın eni 14, uzunluğu isə 30 sm-dir. Maket şəffaf bir dayaq üzərindədir. Elə ABŞ-a ünvanlanmış sərt cümlə də həmin şəffaf dayağın üzərindədir. Təyyarənin qanadlarının altında isə “İranlı müsəlman gənclər bu təyyarəni ələ keçiriblər” cümləsi yazılıb. Oyuncaqlar 1 fevral 1979-cu il inqilabının 33 ildönümü günü satışa çıxarılacaq. “RQ-170” maketinin satış qiyməti 70 min rial, yəni təxminən 4 dollar olacaq. Eyni zamanda həmin gün onlardan bir ədədi Barak Obamaya göndəriləcək.
Xatırladaq ki, ötən il dekabrın 4-də İran Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirib. Bir müddət sonra İran dövlət televiziyası təyyarənin videogörüntüsünü nümayiş etdirib. ABŞ prezidenti Barak Obama da İrandan təyyarəni geri qaytarmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR