Bank Of Baku

İranda imamcüməyə sui-qəsd edilib

İranda imamcüməyə sui-qəsd edilib
# 23 yanvar 2012 07:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərinin 480 kilometrliyində yerləşən Rask şəhərinin imamcüməsi qətlə yetirilib. APA-nın məlumatına görə, Mövləvi Mustafa Cəngizəhi Çahbahar-Sərbaz magistralında motosikletdə hərəkət edən iki nəfər tərəfindən güllələnib. Terrorçular hadisə yerindən qaçmağa nail olublar. İmamcümənin yanında olan digər şəxs də qətlə yetirilib. Hələlik heç bir qrup və ya şəxs terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. İran hökuməti isə məsələdə ABŞ və İsrailin barmağı olduğunu iddia edib və sui-qəsd hadisəsinin nüvə alimlərinə qarşı həyata keçirilmiş terror aktları ilə bənzərlik təşkil etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR