İsmayıl Kövsəri: “İrandan neft idxalında bir azalma olacağı təqdirdə, Hörmüz boğazını bağlayacağıq”
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri, deputat Heşmətullah Fəlahətpişə isə hansısa bir təhdid vəziyyətində Hörmüz boğazını bağlamağın İranın haqqı olduğunu bəyan edib: “İran hələ bölgədəki ən əhəmiyyətli enerji üstünlüyündən istifadə etməyib. Təhdid edildiyimiz şərtlərdə Hörmüz boğazının bağlanılmasını qiymətləndiririk. Çünki Fars körfəzinin 2/3-si İrana məxsus olduğundan onun təhlükəsizliyini təmin etmək də rəsmi Tehranın səlahiyyətindədir”.
İran parlamentinin enerji komissiyasının üzvü, millət vəkili Əli Adanı vurğulayıb ki, İran neftinə sanksiya tətbiq olunması yalnız bəzi avropalı və amerikalı siyasətçilərin işinə yarayacaq: “Biz sanksiyalara baxmayaraq, hər hansı bir ölkəyə neft satmağa davam edəcəyik. Embarqolar böyük ehtimalla neftin qiymətlərində artıma səbəb olacaq”.
İran parlamentinin enerji komissiyasının digər üzvü, deputat Həsən Şabanpur Avropa Birliyinin qərarını yanlış addım hesab edərək, Səudiyyə Ərəbistanının İrana tətbiq olunacaq neft sanksiyasının səbəb olacaq boşluğu dolduracaq gücə sahib olmadığını vurğulayıb.
İranın keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Əli Fəllahian isə sanksiyalara qarşı veriləcək ən yaxşı cavabın Avropanın İranın alternativini tapmadan bu qitənin ölkələrinə neft ixracını kəsmək olduğunu bəyan edib: “İxracı dərhal kəsməyimiz Avropanın sanksiya planlarını alt-üst edər”.
İranın sabiq neft naziri Seyid Kazım Vəziri Hamanə deyib ki, Avropa ölkələri sanksiyalara baxmayaraq İran neftinin satılacağına əmin olsunlar: “Çünki İranın xam neftinin keyfiyyətinin Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC üzvü olan digər ölkələrin nefti ilə müqayisə edilməsi mümkün deyil. Avropa Birliyinin qərarı dünya bazarlarındakı xam neft qiymətində ani və yüksək bir artıma da səbəb olacaq”. Onun sözlərinə görə, İran neftinin satışına sanksiya tətbiqi yalnız Avropadakı böyük neft istehlakçılarına zərər vuracaq: “İran neftinin müştəriləri Qərbin İran neftinə sanksiyasına qarşıdırlar. Böyük neft istehlakçıları olan Çin, Hindistan və Cənubi Koreya İran neftinə sanksiya tətbiqindən kənarda qalıblar. Qərb İran neftinin müştərisiz qalmayacağına əmin olmalıdır. Dünyanın İran neftinə ehtiyacı var və neft istehlakçılarının hamısı bazarlarda ciddi böhran yaşanmasının qarşısının alınması üçün artıq addımlar atmağa başlayıblar”.
Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinin xarici işlər nazirləri İran neftinə embarqo tətbiq olunması və yeni sanksiyaların həyata keçirilməsi barədə qərar qəbul ediblər. İndiyədək qurum üzvləri İranda 433 hüquqi və 113 fiziki şəxsin bank hesablarını dondurub. Avropa Birliyi 2011-ci ilin ilk on ayında İrandan hər gün 600 min barel neft idxal edib. Ümumilikdə İranla qurum arasında 2011-ci ilin ilk 9 ayında ticarətin həcmi 19.3 milyard avro olub. İran bu müddət ərzində Avropa Birliyindən neft ehtiyacının 4.5% qədərini qarşılayıb. Qurum İrana 7.6 milyard avro məhsul ixrac edərkən, İrandan da 11.4 milyard avro məhsul ixrac edib.
Asiya
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək
Ərdoğan: İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir
Əli Xameneinin vida mərasimi ilə əlaqədar Tehranın Mehrabad aeroportu bağlanacaq
Xəbər Lenti
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
“Biləcəri” və “Park Xırdalan” layihələrində yeni mənzil sahibi olmaq üçün fürsət - İlkin ödəniş 16 400 AZN-dən başlayaraq!
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
Hamburqda AZAL üçün ilk A321neo təyyarəsinin təhvilvermə mərasimi keçirilib- FOTO
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb
Ərdoğan: İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub
SİMA İmza ilə "Birbank Biznes"də onlayn rahatlıq
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: Top Rusiyada deyil
Fransada Ebolaya ilk yoluxma halı qeydə alınıb
Ukrayna Krımda iki hərbi aerodromu bombalayıb, "Pantsir" sistemi məhv edilib
Əli Xameneinin vida mərasimi ilə əlaqədar Tehranın Mehrabad aeroportu bağlanacaq
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Prezidentin köməkçisi: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır
AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub
Bakıda və rayonlarda yağış yağacaq
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Əziz Əzizov: Aqrar sahədə islahatlar pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır
İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
Azərbaycanın “orta güc” kimi mövqeyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var
Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir
Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var- VİDEO
Qalibaf: ABŞ-la əldə olunmuş İslamabad memorandumu Vaşinqton üçün məğlubiyyətdir