Bank Of Baku

İran Xarici İşlər Nazirliyi Avropa Birliyinin son qərarı ilə bağlı bəyanat yayıb

İran Xarici İşlər Nazirliyi Avropa Birliyinin son qərarı ilə bağlı bəyanat yayıb
# 24 yanvar 2012 08:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Xarici İşlər Nazirliyi Avropa Birliyinin bu ölkəyə qarşı tətbiq etdiyi son sanksiyalarla əlaqədar bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, İrana qarşı qəbul olunmuş son embarqo düşünülmədən atılmış bir addımdır: "Bu sanksiya heç bir dəlili olmadan verilmiş qərardır. İranın digər ölkələrlə əlaqələri üçün əsas şərt daxili qanunları və beynəlxalq hüquqdur. Tehranın nüvə proqramı tamamilə şəffafdır, dinc xarakter daşıyır və beynəlxalq hüquq qaydaları çərçivəsindədir. Ona görə də düşüncəsiz qərarlara və böhrana şərait yaratmağa görə məsuliyyət Avropa Birliyinin öz üzərinə düşür”.

Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinin xarici işlər nazirləri İran neftinə embarqo tətbiq olunması və yeni sanksiyaların həyata keçirilməsi barədə qərar qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR