Bank Of Baku

İranda 4 yüksək rütbəli rəsmi müəmmalı şəkildə ölüb

İranda 4 yüksək rütbəli rəsmi müəmmalı şəkildə ölüb
# 24 yanvar 2012 19:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda son dörd gün ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) 4 sabiq komandanı müəmmalı şəkildə ölüb. APA-nın məlumatına görə, Mansur Turkan, Əhməd Siyafzadə, Abbas Mehri və Vəfa Aferiyandir. Rəsmi məlumatlarda İranın Telekommunikasiya Şirkətinin İdarə Heyətinin sədri Vəfa Aferiyanın naməlum xəstəlikdən, İmam Hüseyn Universitetinin mədəniyyət fakültəsinin dekan müavini Abbas Mehri və “Yademan sazeh” şirkətinin rəhbəri Mansur Turkanın beyinlərinə qan sızmasından və “Sepah”ın Hərbi Universitetinin keçmiş rektoru Əhməd Siyafzadənin ürək tutmasından vəfat etdiyi bildirilir. Ancaq İranda önəmli postlara sahib olan komandanların ölümü ölkə daxilində bəzi şübhələrə yol açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR