Bank Of Baku

Fələstin Milli Administrasiyası İsraildən Fələstin parlamentinin üzvlərini azad olunmasını tələb edib

Fələstin Milli Administrasiyası İsraildən Fələstin parlamentinin üzvlərini azad olunmasını tələb edib
# 24 yanvar 2012 21:45 (UTC +04:00)
Bakı-APA. Fələstin Milli Administrasiyasının nazirlər kabineti İsraildən Fələstin parlamentinin spikeri Əbdel-Əziz əd Düeyki və digər deputatların azad olunmasını tələb edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İsrailin Ofere şəhərinin məhkəməsi Əbdel-Əziz əd Düeykini daha 6 ay həbsdə saxlanılması barədə qərar verib. Parlamentin spikeri yanvarın 19-da Qüdsün şimalında blok-posda, Hevron şəhərindəki evinə qayıdarkən həbs edilib.
Onun vəkili bildirib ki, məhkəmə ittiham irəli sürmədən həbsdə saxlama müddətini artırıb. Fələstin tərəfinin verdiyi məlumata görə, İsraildə daha 6 fələstinli millət vəkili, bir sabiq nazir və “Fələstinin azadlığı xalq cəbhəsinin” başçısı həbsxanada saxlanılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR