Bank Of Baku

Avropa İttifaqının sanksiyasına məruz qalmış İranın 12 hüquqi və fiziki şəxsinin adı açıqlanıb

Avropa İttifaqının sanksiyasına məruz qalmış İranın 12 hüquqi və fiziki şəxsinin adı açıqlanıb
# 25 yanvar 2012 03:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yanvarın 23-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında İrandan neft idxalına sanksiya tətbiq edilməsi ilə yanaşı, bu ölkənin bir sıra hüquqi və fiziki şəxsləri də qurumun “qara siyahısı”na salınıb. APA-nın məlumatına görə, artıq Aİ-nin sanksiyasına məruz qalan İran banklarının, şirkətlərinin, onların filiallarının və rəsmilərinin adları açıqlanıb. Qurumun “qara siyahısı”na salınmış İranın hüquqi və fiziki şəxsləri aşağıdakılardır:
1. İranın Mərkəzi Bankı
2. İranın Ticarət Bankı (İranın nüvə proqramı ilə əməkdaşlıq etdiklərinə görə, sanksiyalara məruz qalmış hüquqi və fiziki şəxslərə maliyyə xidməti göstərməkdə ittiham olunub)
3. “Tidewater” şirkəti (İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah” tərəfindən idarə olunur)
4. “Turbine engineering” şirkəti (İranda təyyarə istehsalı ilə məşğul olan zavoda bağlıdır və hərbi sursat alqı-satqısı ilə məşğuldur)
5. “Sad export import” şirkəti (Suriyaya silah daşımaqda ittiham olunur, hətta başqa yerlərə silah daşıdığının da sübut olunduğu bildirilir)
6. “Rosmachin” şirkəti (“Sad” şirkətinə yardım göstərir və onun filialıdır)
7. “Bəhnam Şəhriyari” biznes şirkəti (2007-ci ildə Suriyaya iki konteyner silah göndərməkdə və bununla da BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsini pozmaqda ittiham olunub)
8. “BIIS Maritime limited” şirkəti (İran-Hindistan Gəmiçilik İdarəsinə aiddir)
9. “Daryadelane səfide Xezer” Gəmiçilik Şirkəti (Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan İran Gəmiçilik İdarəsinə məxsusdur)
10. “Sepah” komandanının müavini Əli Əşrəf Nuri
11. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi Molla Əli Səidi
12. “Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR