Bank Of Baku

Barak Obama: “ İranın nüvə silahı əldə etməsinin qarşısı hər vasitə ilə alınacaq”

Barak Obama: “ İranın nüvə silahı əldə etməsinin qarşısı hər vasitə ilə alınacaq”
# 25 yanvar 2012 14:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ABŞ öz mövqeyində çox qətiyyətlidir və İranın nüvə silahı əldə etməyinə icazə verməyəcək”. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama konqres nümayəndələri önündə illik hesabat; zamanı bildirib. O deyib ki, bunun üçün heç bir vasitə diqqətdən kənarda qalmayacaq: “Vətəndaşlarımızı və dostlarımızı təhdid edənlərə qarşı ABŞ-ın təhlükəsizliyini qoruyacağıq. Lakin hələlik bu problemin sülh yolu ilə həll etməyimiz üçün zamanımız var. İran dövləti də nüvə proqramı ilə bağlı fikirlərinə yenidən nəzər salmalıdır. Əgər bu məsələdə mövqeyini dəyişsə, İran yenidən dünya ictimaiyyətinə qoşula bilər”.
Barak Obama çıxışında onu da bildirib ki, hazırda İran dünya ictimaiyyətindən təcrid edilib: “Bir vaxtlar dünya ölkələri İranla bağlı müxtəlif mövqedə olsalar da, aparılmış uğurlu diplomatiyanın nəticəsində artıq bu məsələdə ortaq fikir formalaşıb. Şübhəsiz ki, ABŞ İranın nüvə silahı istehsal etməsinin qarşısını almaqda qətiyyətlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR