Bank Of Baku

Ərəb müşahidəçiləri Suriyanı tərk etməyə başlayıblar

Ərəb müşahidəçiləri Suriyanı tərk etməyə başlayıblar
# 26 yanvar 2012 02:51 (UTC +04:00)
Bakı-APA. Suriyadakı beynəlxalq missiyada iştirak edən Ərəb Dövlətləri Liqasının (ƏDL) müşahidəçiləri evlərinə qayıtmağa başlayıblar.

Aralarındı Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olan 20 nəfərlik qrup artıq ölkəni tərk edib.

Ümumilikdə Suriyada ƏDL beynəlxalq müşahidəçilər missiyasının qrupunda 55 ekspert işləyir. Bu həftənin əvvəlində Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası Suriyadan müşahidəçilərini geri çağırmaq barədə qərar qəbul edib. Səbəb kimi Dəməşqin Suriya və ƏDL arasında müşahidəçilər missiyasının fəaliyyəti barədə bağlanmış protokolun maddələrini yerinə yetirməməsi göstərilir. Daha öncə analoji qərarı Səudiyyə Ərəbistanı qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR