Bank Of Baku

Kərkükdə terror olub

Kərkükdə terror olub
# 26 yanvar 2012 09:37 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. İraqın şimalındakı Kərkük şəhərində baş verən partlayışda 2 nəfər ölüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Kərkük şəhərinin türkmənlərin sıx yaşadığı Tissin rayonunda baş verib. Məktəbin qarşısında saxlanılmış motosikletə qoyulan bombanın partlaması nəticəsində yoldan keçən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Partlayışın təsirindən ətrafda olan 7 avtomobilə ziyan dəyib, türkmən məktəbinin şüşələri qırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR