Bank Of Baku

İrana məxsus “F-14” qırıcısı Fars körfəzində qəzaya uğrayıb

İrana məxsus “F-14” qırıcısı Fars körfəzində qəzaya uğrayıb
# 26 yanvar 2012 13:04 (UTC +04:00)
APA-nın məlumatına görə, təyyarə Buşəhrdəki aviabazadan havaya qalxdıqdan üç dəqiqə sonra yerə düşüb. Son məlumatlara görə, təyyarənin alışması nəticəsində pilot və şturman həlak olub. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Qeyd edək ki, ABŞ istehsalı olan “F-14” qırıcıları İrana 70-ci illərin sonlarında gətirilib. İranda İslam inqilabından sonra ABŞ bu ölkəni qırıcılar üçün ehtiyat hissələri ilə təmin etməkdən imtina edib. ABŞ 2006-cı ildə “F-14” qırıcılarının köhnəldiyini əsas gətirərək onları Hərbi-Dəniz Qüvvələrinin təchizatından çıxarıb. Hazırda bu təyyarələrdən istifadə edən yeganə ölkə İrandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR