Bank Of Baku

Suriyalı müxaliflər girov götürdükləri 7 iranlının videogörüntüsünü nümayiş etdirib

Suriyalı müxaliflər girov götürdükləri 7 iranlının videogörüntüsünü nümayiş etdirib
# 27 yanvar 2012 15:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Suriya müxalifətinin yaratdığı Azad Suriya Ordusu Homs şəhərində qaçırıldığı iddia edilən 7 iranlının videogörüntüsünü nümayiş etdirib. APA-nın məlumatına görə, görüntüdə onlardan beşi İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) əməkdaşları, ikisi isə Suriya hökuməti üçün çalışan işçi olduqlarını etiraf ediblər. Videoda Sacid Əmiriyan adlı iranlı “Sepah”ın əməkdaşı olduğunu deyib: “Suriyadakı üsyanları yatırmaq üçün göndərilmiş qrupa çalışıram. Əmrləri birbaşa Homsdakı Suriya Hərbi Hava Qüvvələrinin təhlükəsizlik bölməsindən alırıq. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyidən sərbəst buraxılmağmızı və evlərimizə geri dönməyimizi təmin etməsini xahiş edirəm".

Özlərini “Azad Suriya Ordusunun Əl-Faruq Briqadası” olaraq tanıdan silahlı suriyalı müxaliflər videogörüntünün yanında yazılı məlumat da nümayiş etdirib. Məlumatda müxaliflər İranın ali dini liderini Suriyada “Sepah” əməkdaşlarının olduğunu etiraf etməyə çağırıblar: “İran hərbçiləri Suriyanı tərk edəcəyi təqdirdə, girov götürülmüş “Sepah” əməkdaşları sərbəst buraxılacaq”.

Suriyalı müxaliflər iki iranlının yaxın günlərdə sərbəst buraxılacağını açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR