Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyası sabah İrana gələcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyası sabah İrana gələcək
# 28 yanvar 2012 11:12 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nümayəndələri yanvarın 29-da İrana səfər edəcəklər.

APA-nın məlumatına görə, səfər çərçivəsində qurumun baş direktorunun müavini Herman Nakertsin başçılıq etdiyi nümayəndə heyəti 29-31 yanvar tarixlərində iranlı rəsmilərlə görüşlər keçirəcək. Görüşlərdə İranın nüvə enerjisi sahəsində fəaliyyəti və tərəflər arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.

Qeyd edək ki, Agentliyin nümayəndələri bir neçə dəfə İranda nüvə proqramı ilə bağlı yoxlamalar həyata keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR