Bank Of Baku

İran yeni hərbi məhsullarının təqdimatını keçirəcək

İran yeni hərbi məhsullarının təqdimatını keçirəcək
# 28 yanvar 2012 12:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın müdafiə naziri, general Əhməd Vəhidi 1979-cu il inqilabının 33-cü ildönümü günü ölkənin müdafiə sənayesinin ən yeni hava-kosmos və mərmi məhsullarının təqdimatının keçiriləcəyini deyib.

APA-nın məlumatına görə, o deyib ki, «Şəfəqdə on gün» fəaliyyəti çərçivəsində gerçəkləşdiriləcək tədbirdə iranlı gənc elm adamlarının nailiyyəti olan bir neçə yeni elektron sistem, idarə olunan hərbi texnika və s. məhsullar ictimaiyyətə tanıdılacaq.

Ə.Vəhidi bununla İran Silahlı Qüvvələrinin müasir hərbi məhsullarla təchiz olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR