Bank Of Baku

İran hökuməti 10 milyon vətəndaşa verilən subsidiyanı kəsəcək

İran hökuməti 10 milyon vətəndaşa verilən subsidiyanı kəsəcək
# 29 yanvar 2012 11:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran hökuməti 10 milyon ölkə vətəndaşına verilən subsidiyanı kəsəcək. APA-nın məlumatına görə, bu barədə İranın Subsidiyaların Məqsədyönlü Paylanması Təşkilatının rəhbəri Məhəmmədrza Fərzin bildirib. Onun sözlərinə görə, yaxın günlərdə qərar icra ediləcək: “İran hökuməti bu addımı həmin vətəndaşların gəliri çox olması səbəbindən atır. Bununla bağlı yaxın günlərdə onlara məktub göndərəcəyik. Bu subsidiyaları kimin alıb-almamasını müəyyənləşdirəcəyik. Hər kəs könüllü olaraq da həmin vəsaiti almaqdan imtina edə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Mahmud Əhmədinejad dövlət büdcəsindən 10 milyon nəfərə ayrılan subsidiyaların kəsiləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR