Bank Of Baku

İran hökuməti ölkədə doğulan hər bir körpəyə vəd etdiyi pulu ödəyə bilməyəcək

İran hökuməti ölkədə doğulan hər bir körpəyə vəd etdiyi pulu ödəyə bilməyəcək
# 29 yanvar 2012 11:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın hökuməti ölkədə doğulan hər bir körpəyə verilməsi vəd edilən 1 milyon tüməni ödəyə bilməyəcəyini açıqlayıb. APA-nın məlumatına görə, bu barədə İranın kooperasiya, əmək və ictimai təminat naziri Əbdülrza Şeyxülislami bildirib. Onun sözlərinə görə, ölkədə bunu tənzimləyəcək qanun yoxdur, həmçinin dövlət büdcəsindən də bunun üçün heç bir vəsait ayrılmayıb.

Qeyd edək ki, 2011-ci ildə İran prezidenti Mahmud Əhmədinejad ölkədə doğulan hər bir körpə üçün bank hesabı açılacağı və həmin hesaba dövlət büdcəsindən 1 milyon tümən köçürüləcəyi barədə vəd vermişdi. Bu da həmin körpələrin böyüyəndə hesablarındakı puldan sərmayə kimi istifadə edə bilməsi üçün həyata keçiriləcəyi ilə izah edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR