Bank Of Baku

İranda gənc blogger edam cəzasına məhkum edilib

İranda gənc blogger edam cəzasına məhkum edilib
# 29 yanvar 2012 11:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi gənc blogger Mehdi Əlizadəni edam cəzasına məhkum edib. APA-nın məlumatına görə, hakim Əbülqasım Salavatinin keçirilmiş iclasda gənc blogger öz ölkədə fəsad törətməkdə və Allaha qarşı müharibə aparmaqda ittiham olunub. M.Əlizadə hazırda Tehranın Evin zindanındakı 350-ci kamerada saxlanılır.

Qeyd edək ki, bu hakim bir müddət əvvəl gənc bloggerlər Səid Məlikpur və Vahid Əsgəri barəsində edam hökmü çıxarıb və artıq onların həmin qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR