Bank Of Baku

İranlı deputat: “Rəfsəncani siyasi səhnəyə qayıtmasa, İranda siyasi böhrana son qoyulmayacaq”

İranlı deputat: “Rəfsəncani siyasi səhnəyə qayıtmasa, İranda siyasi böhrana son qoyulmayacaq”
# 30 yanvar 2012 10:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Əliəkbər Haşimi Rəfsəncani ölkənin siyasi səhnəsinə qayıtmasa, İranda siyasi böhrana son qoyulmayacaq”. APA-nın məlumatına görə, bunu İran parlamentinin mühafizəkar deputatı Əli Mütəhhəri bildirib. Onun sözlərinə görə, Ə. Rəfsəncani yolunu azmış cərəyanın - İran prezidenti Mahmud Əhmədinejad və onun komandası, xüsusilə qudası, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayinin ölkə üçün təhlükəli olduğunu hiss edən və açıqlayan ilk şəxsdir: “Ona görə də “yolunu azmış cərəyan” Rəfsəncanini tamamilə sıradan çıxarmağa çalışır və bunun üçün də hər cür çirkin əmələ əl atıb. Ona qarşı hücumlar və anti-təbliğat kampaniyası da qorxaqlıqlarının nəticəsidir”.

Qeyd edək ki, İran parlamentinin sədri Əli Laricaninin qaynı olan Ə.Mütəhhəri Əhmədinejad hökumətinə qarşı radikal müxalifətçiliyi ilə seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR