Bank Of Baku

İran yeni lazer silahı istehsal edib

İran yeni lazer silahı istehsal edib
# 30 yanvar 2012 17:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Tədbirdə İranın müdafiə naziri Əhməd Vəhidi də iştirak edib. Xəbərdə lazerlə idarə olunan silahın iranlı mütəxəssislər tərəfindən hazırlandığı bildirilib.

Haqqında ətraflı məlumat verilməyən yeni silahın körpü, tank və döyüş vasitələrinin yanında hərəkətli obyektləri tam dəqiqliklə məhv etmək imkanına malik olduğu vurğulanıb. Silahın həmçinin hədəfi tanımaq, yerini təyin etmək xüsusiyyətlərinə malik olduğu, dağlıq və qumluq sahələrdə möhkəm sığınacaq və özünü müdafiə sistemlərinə qarşı təsirli olduğu bildirilib. Bundan əlavə, xəbərdə İranın dünyada “ağıllı” silah çıxara bilən beşinci ölkə olduğu da qeyd olunub.

İranın müdafiə naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib ki, fevralın 1-11-də "Fəcr ongünlüyü" günləri çərçivəsində ölkədə istehsal olunmuş qanadlı raketlərin təqdimatı da keçiriləcək: “Tədbir zamanı müdafiə əhəmiyyətli mərmilər, kosmik layihələr, peyk raketləri, bəzi elektronik qurğular, eləcə də dəniz patrul təyyarələri ictimaiyyətə təqdim olunacaq. Təqdimatı keçirilən bəzi məhsullar İran Silahlı Qüvvələrinin istifadəsinə veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR