Bank Of Baku

İran yeni pilotsuz təyyarələr hazırlayıb - FOTO

İran yeni pilotsuz təyyarələr hazırlayıb - <font color=red>FOTO</font>
# 31 yanvar 2012 06:49 (UTC +04:00)
APA-nın məlumatına görə, layihənin yaradıcısı olan şirkətin icraçı direktoru Mehdi İraji bildirib ki, "A1" adı verilən təyyarə 10 min fut hündürlüyə qədər uça və özü ilə 5 kiloqrama yaxın yük daşıya bilər. Çəkisi 50 kiloqram olan təyyarə iki saat müddətində havada qala bilir. Təyyarə rəngi, kimyəvi materialı və səsi müəyyən edə bilən ötürücü kameralara malikdir. Təyyarə yanacağın iki növündən - benzindən və xüsusi yağdan istifadə edir, qiyməti 50 min dollara yaxındır.

Bundan əlavə, Xomeynişəhr Azad İslami Universitetinin mühəndisləri də pilotsuz təyyarə hazırlayıblar. Əllə də havaya qaldırıla bilən təyyarənin çəkisi 3,5 kiloqram, uzunluğu 2,5 metrdir. “Qartal gözü” adlı təyyarənin planını mühəndis Əlirza Muradi verib. Elektrik enerjisi ilə işləyən təyyarə havada qısa müddət qala bilir. 500 Vt-lıq batareyası olan təyyarə havada təhqiqat aparıb daha sonra qalxdığı yerə qayıda bilir. Təyyarə videokamera ilə də təchiz olunub və gps sistemi ilə bütün coğrafi ərazilərdə müşahidə aparmaq qabiliyyətinə malikdir. Hələlik təyyarədən 10 ədəd hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR