Bank Of Baku

Misirdə bədəvilər 25 çinlini girov götürüb

Misirdə bədəvilər 25 çinlini girov götürüb
# 31 yanvar 2012 17:01 (UTC +04:00)
Bakı - APA. Sinay bədəviləri 25 çinli fəhləni girov götürüb. APA-nın AFP-yə istinadən xəbərinə görə, bu barədə Misir xüsusi xidmət orqanları açıqlama yayıb.

Bədəvilər girovları azad etmək üçün Taba kurortunda baş vermiş terrorla əlaqədar 2004-2006-cı illərdə həbs olunan qohumlarının azad olunmasını tələb edirlər. Çinlilər hərbçilərə məxsus sement zavodunda mexanik və mühəndis işləyirmiş.

Qeyd edək ki, 7 oktyabr 2004-cü ildə Misirin Taba kurortunda baş vermiş terror aktı zamanı 31 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR