Bank Of Baku

İranda 12 azərbaycanlı fəalın məhkəməsi keçirilib

İranda 12 azərbaycanlı fəalın məhkəməsi keçirilib
# 01 fevral 2012 01:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan 12 nəfərin üçüncü məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulan və məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəallar Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olunublar. İclasa Əziz Purvəli, Həsən Ərk, Musa Bərzin Xəlifəlu, Əhməd Riyazi Mübarəki, Vəhid Şeyxbəyli, Mahmud Fəzli, Mustafa Əvəzpur, Mürtəza Əvəzpur, Mehdi Həmidi Şəfiq, Tağı Sələhşur və Mehdi Nuri öz vəkilləri ilə birlikdə qatılıblar. Yalnız Cəmişid Zarei onların yığıncaqda iştirak etməyib. İclasda azərbaycanlı fəallar onlara qarşı irəli sürülmüş bütün ittihamları rədd ediblər. Bundan əlavə, vəkillər hazırda həbsdə olan Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barəsində çıxarılmış həbs-qətimkan tədbirinin mülk girovu ilə əvəzlənərək onların azadlığa buraxılmalarına dair vəsatət qaldırıblar. Hakim vəsatəti təmin edərək azərbaycanlı fəalların sərbəst buraxılması üçün hər birinin 100 milyon tümən zəmanət qoymasına qərar verib. Vaxt bitdiyindən Əziz Purvəli, Mustafa və Mürtəza Əvəzpur qardaşları, Cəmişid Zarei və Vəhid Şeyxbəylinin mühakiməsi 2012-ci il fevralın 12-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR