Bank Of Baku

Misirdə baş vermiş toqquşmalarda onlarla insan yaralanıb

Misirdə baş vermiş toqquşmalarda onlarla insan yaralanıb
# 01 fevral 2012 04:49 (UTC +04:00)
Bakı-APA. Misir parlamentinin qarşısında hərbiçilərdən hakimiyyəti dərhal vətəndaş hökumətinə təhvil verməsini tələb edən dünyəvi partiyalar və “müsəlman qardaşları” tərəfdarları arasında baş vermiş toqquşmada onlarla insan yaralanıb.
APA-nın verdiyi xəbərə görə, “6 aprel” hərəkatında birləşən dünyəvi partiyaların tərəfdarları Təhrir meydanında keçirdikləri etiraz aksiyasından sonra parlamentə tərəf yürüş ediblər. Lakin onların parlament binasına daxil olmasına “müsəlman qardaşları” tərəfdarları mane olub. Rəsmi məlumatlara əsasən baş vermiş toqquşmada 40 nəfər xəsarət alıb.
Qeyd edək ki, “müsəlman qardaşları”-nın “Azadlıq və Ədalət” partiyası və bu təşkilatın müttəfiqləri parlamentdə 50% mandata sahibdirlər. Solçu və liberal partiyalar “müsəlman qardaşlarını” hərbiçilər ilə əlbir olmaqda, Misir inqilabına xəyanət etməkdə ittiham edir.
Misirin baş naziri Qenzurinin parlamentdə çıxışı bitdikdən sonra “müsəlman qardaşları” qurduqları barrikadalardan çəkiliblər. Etirazçılar parlamentin qarşısında şüarlar səslədirib sonra yenidən Təhrir meydanına qayıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR