Bank Of Baku

İran Ali Məhkəməsinin sədri: “İranda xarici valyutanın və qızılın bahalaşmasına səbəb olan şəxslər edam ediləcək”

İran Ali Məhkəməsinin sədri: “İranda xarici valyutanın və qızılın bahalaşmasına səbəb olan şəxslər edam ediləcək”
# 01 fevral 2012 15:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranda xarici valyutanın və qızılın bahalaşmasına səbəb olan şəxslər edama məhkum ediləcəklər”. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani deyib.

Vilayətlərin ədliyyə idarələrinin sədrləri və Ali Məhkəmə hakimlərinin iştirak etdiyi iclasda çıxış edən S. Laricani İranda valyutanın məzənnəsinin kəskin artmasına toxunaraq bildirib ki, buna səbəb olan şəxslər ağır cəzalandırılacaq: “Onlara heç bir güzəşt olunmayacaq. Məqsədimiz bazarda qiymətlərin tənzimlənməsinə nail olmaqdır. İran iqtisadiyyatına zərbə vurmaq istəyənlər bilsinlər ki, biz qaçaqmalçılıq və narkotik maddələrə qarşı olduğu kimi, bu istiqamətdə də mübarizə aparacağıq. Bunun ən bariz nümunəsini böyük bank oğurluğu ilə bağlı apardığımız istintaqda gördünüz. Çox adam həbs olundu. Onları da ağır cəza gözləyir”.

S. Laricani İranda qızılın və valyutanın bahalaşmasına səbəb olan şəxsləri düşmənlərə xidmət göstərməkdə ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR