Bank Of Baku

“Taliban” Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başladıqları barədə xəbərləri təkzib edib

“Taliban” Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başladıqları barədə xəbərləri təkzib edib
# 01 fevral 2012 16:55 (UTC +04:00)
Bakı-APA. “Taliban” hərəkatı Əfqanıstan hökuməti ilə sülh danışıqlarına başladıqları barədə xəbərləri təkzib edib. APA-nın məlumatına görə, dünən bəzi kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanında Əfqanıstan rəsmiləri ilə “Taliban” təmsilçiləri arasında danışıqların başladığı barədə məlumat yayıblar. Lakin taliblərin nümayəndəsi bu gün açıqlama yayaraq danışıqlar barədə xəbərləri təkzib edib. Taliban rəsmisi Zəbibulla Mücahid bildirib ki, taliblərlə NATO qüvvələri arasında normal münasibətlər formalaşmayana kimi belə danışıqların aparılması mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR