Bank Of Baku

Təbrizdə Seyid Cəfər Pişəvəri tərəfindən təsis edilmiş Azərbaycan Müəllimlər Universitetinin adı dəyişdirilib

Təbrizdə Seyid Cəfər Pişəvəri tərəfindən təsis edilmiş Azərbaycan Müəllimlər Universitetinin adı dəyişdirilib
# 01 fevral 2012 17:00 (UTC +04:00)
APA-nın ali təhsil müəssisəsinin rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, bundan sonra bu təhsil müəssisəsi Şəhid Mədəni Universiteti adlandırılacaq.

Azərbaycan Müəllimlər Universitetinin İdarə Heyəti bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu il 1979-cu il İslam inqilabının ildönümü münasibətilə ali təhsil müəssisəsinin adı dəyişdirilir və universitetin rəhbərliyi, müəllim və tələbə heyəti bundan fəxr hissi keçirirlər.

Qeyd edək ki, Azərbaycan Müəllimlər Universiteti Təbrizdə fəaliyyət göstərən əsas ali təhsil müəssisələrindən biridir. 1945-1946-cı illərdə İranda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin sərəncamı ilə təsis edilən universitet 1945-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR